PKK-nın sabiq lideri Salih Müslüm Almaniya və Türkiyə arasında siyasi gərginliyə səbəb olub. PKK-nın sabiq lideri Salih Müslüm Almaniya və Türkiyə arasında siyasi gərginliyə səbəb olub.

Türkiyə alman diplomata xəbərdarlıq etdi

PKK-nın sabiq lideri Salih Müslüm Almaniya və Türkiyə arasında siyasi gərginliyə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, S.Müslüm 19 mayda Almaniyanın Ludviqşafen şəhərində PKK terrorçu təşkilatının üzvlərinin keçirəcəyi tədbirdə çıxış edəcək.

Bu məlumatın açıqlanmasından sonra Türkiyə Xarici İşlər Nazirliyi Almaniyanın Ankaradakı müvəqqəti işlər vəkili Robert Dolqeri təcili olaraq səfirliyə çağırıb.

PKK-nın Almaniyadakı fəaliyyətlərinə son qoyulması və S.Müslümün tədbirdə iştirakına imkan verilməməsi barədə alman diplomata xəbərdarlıq verilib.

Xatırladaq ki, bir müddət öncə S.Müslüm Rumıniyada saxlanılmış və Türkiyə onun ekstradisiyasını tələb etmişdi. Lakin, Rumıniya məhkəməsi onu sərbəst buraxmışdı.

AzNews.az