- Köhnə - Dünya
- 27 Aprel 2018 21:25
- 3 510
Çində şagirdlərə bıçaqla hücum etdilər - 7 nəfər öldü
Çinin Şensi əyalətinin Mici şəhərində orta məktəbə hücum olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs bıçaqla şagirdlərə hücum edib.
Hadisə nəticəsində 7 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
Əraziyə cəlb edilən polislər cinayətkarı qısa zamanda yaxalayıb. İnsidentin səbəbi araşdırılır.
AzNews.az