- Köhnə - Dünya
- 27 Aprel 2018 21:54
- 4 813
Böyük Britaniyada avtomobil kütləyə çırpıldı - Yaralılar var
Böyük Britaniyanın Birminqem şəhərində məscid yaxınlığında avtomobil kütləyə çırpılıb.
APA-nın məlumatına görə, bu barədə “Express” nəşri xəbər verib.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Polis hadisəni terrorla əlaqələndirmir.
İlkin versiyaya əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
AzNews.az