- Köhnə - Dünya
- 27 Aprel 2018 22:45
- 4 250
Paşinyan Nazirlər Kabinetinin istefasını tələb etdi
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan hökumətdən istefaya getməsini tələb edib.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, o, həmçinin ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib. Müxalifət lideri ultimatumla çıxış edərək bildirib ki, baş nazir vəzifəsinə xalqın arasından çıxan nümayəndənin seçilməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərini boykot edəcək.
Ermənistanın hakim partiyası isə bütün siyasi qüvvələri danışıqlar masası ətrafına əyləşməyə və vəziyyətdən konstruktiv çıxış yolu tapmaşa çağırıb.
AzNews.az