- Köhnə - Dünya
- 28 Aprel 2018 09:00
- 2 905
İran-İraq sərhədində zəlzələ olub
![](https://www.aznews.az/storage/photos/zəlzələ0.jpg)
İran-İraq sərhədində 4,1 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 05:43-də qeydə alınan yeraltı təkanların episentri İranın Mehran şəhərindən 19 km cənub-qərbdə, ocağı 2 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Xatırladaq ki, 2017-ci il, noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 500-dək insan həyatını itirib, 12 minə yaxını xəsarət alıb.