Bu qəzetin baş redaktoru həbs edildi

İranda islahatçı ruhda xəbərlər yayımlayan qəzetin baş redaktoru həbs olunub.

AzNews.az xəbər verir ki, İranda "Şərq" qəzetinin baş redaktoru Mehdi Rəhmaniyan islahatçı ruhda xəbərlərə görə həbs edilib.

İranın rəsmi xəbər agentliyi İRNA-ya görə, Məşhədin Baş prokuroru Həsən Haydari Rəhmaniyanın "böhtan və təhqir" ittihamı ilə həbs olunduğunu açıqlayıb.

Haydari "Həmin şəxs Şəhid Rəqai Məhəlləsinin sakinlərinə iftira və təhqirə görə həbs olunub", - deyə bildirib.

Qəzetin sosial xəbərlər səhifəsində 8 aprel tarixində nəşr olunan xəbərdə Məşhəddəki Şəhid Rəqai Məhəlləsində yaşayan qadınlara istiqamətli təhqir ifadələr yer alıb.

Xəbərdən narahat olan Şəhid Rəqai Məhəlləsinin sakinləri mövzu ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.