ABŞ və Fransa prezidentlərinin birgə əkdikləri palıd ağacı Ağ Evin qarşısındakı bağdan yoxa çıxıb. ABŞ və Fransa prezidentlərinin birgə əkdikləri palıd ağacı Ağ Evin qarşısındakı bağdan yoxa çıxıb.

Prezidentlərin birgə əkdikləri palıd ağacı oğurlandı

ABŞ və Fransa prezidentlərinin birgə əkdikləri palıd ağacı Ağ Evin qarşısındakı bağdan yoxa çıxıb.

AzNews.az modern.az-a istinadən xəbər verir ki, həmin ərazidən çəkilmiş son şəkildə yalnız sarı ot görünür, ağac isə yoxdur.

Ağ Ev hələlik bu məsələyə şərh verməyib.

Fransa prezidenti Emmanuel Makron bu günlərdə iki ölkə arasındakı münasibətlərin 250 illiyi ilə bağlı Vaşinqtonu ziyarət etmişdi. Makron ABŞ-a özü ilə hədiyyə olaraq Fransanın şimalından palıd ağacı gətirmişdi. Həmin palıd ağacını iki ölkənin prezidentləri təntənəli şəkildə Ağ Evin bağında əkmişdilər.

Makron hətta bu barədə Tvitterdə paylaşım da etmişdi. "Yüz il əvvəl amerikalı əsgərlər Fransada, Belloda bizim müstəqilliyimizi qorumaq üçün döyüşüblər. Bu palıd Ağ Evin düz qəlbində bizi bağlayan əlaqələr barədə xatırlatma olacaq", deyə o paylaşımda yazıb.