Ermənistanın hakim Respublika Partiyası müxalifət lideri Nikol Paşinyana ölkənin baş naziri seçilməkdə kömək edəcəklərini təsdiqləyib. Ermənistanın hakim Respublika Partiyası müxalifət lideri Nikol Paşinyana ölkənin baş naziri seçilməkdə kömək edəcəklərini təsdiqləyib.

Ermənistanın hakim partiyası Paşinyanla bağlı qərarını verdi

Ermənistanın hakim Respublika Partiyası müxalifət lideri Nikol Paşinyana ölkənin baş naziri seçilməkdə kömək edəcəklərini təsdiqləyib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi jurnalistlərə RP fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib.

Bundan əvvəl hakim Respublika Partiyasından baş nazir postuna namizəd irəli sürülməyəcəyi və mayın 8-də səsvermə zamanı parlamentin üçdə birinin dəstəklədiyi namizədə səs veriləcəyi bildirilib.

Mayın 8-də Ermənistan baş nazir seçkilərinin ikinci turu keçiriləcək. Baş nazirliyə yeganə namizəd Nikol Paşinyandır.