Gürcüstanın Vaziani hərbi bazasında NATO standartlarına uyğun yaradılmış hərbi hazırlıq mərkəzinin açılış mərasimi olub. Gürcüstanın Vaziani hərbi bazasında NATO standartlarına uyğun yaradılmış hərbi hazırlıq mərkəzinin açılış mərasimi olub.

Gürcüstanda ABŞ-ın dəstəyi ilə hərbi təlim mərkəzi açıldı

Gürcüstanın Vaziani hərbi bazasında NATO standartlarına uyğun yaradılmış hərbi hazırlıq mərkəzinin açılış mərasimi olub.

APA-nın yerli bürosunun məlumatına görə, mərkəzin açılması ilə Gürcüstan və ABŞ arasında 3 illik müdafiə hazırlığı proqramına start verilib.

Mərkəzin açılış mərasimində çıxış edən Gürcüstanın müdafiə naziri Levan İzoriya bugünkü günü tarixi adlandırıb: “Gürcüstan və ABŞ arasında hərbi sahədə əməkdaşlıq keyfiyyət baxımından yeni mərhələyə keçir. İki ölkə arasında strateji tərəfdaşlıq daha da güclənir. Bu proqram çərçivəsində 9 piyada batalyonunun NATO standartlarına uyğun hazırlığı həyata keçiriləcək. Mərkəzdə hərbçilərin hazırlığında amerikalı təlimçilər iştirak edəcək”.

Mərkəzin açılışında NATO-nun Avropadakı qüvvələrinin komandanı, general Kertis Skaparotti də iştirak edib.

AzNews.az