Sərnişin qatarı ilə yük maşını toqquşdu - Ölənlər var

İtaliyanın şimalında sərnişin qatarı ilə yük avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb, 18 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə ANSA agentliyi xəbər verib.

Qəza zamanıl Turin-İvrea marşrutu üzrə hərəkət edən qatarın maşinisti həyatını itirib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İnsidentin səbəbləri araşdırılır.

AzNews.az