- Köhnə - Dünya
- 29 May 2018 13:50
- 4 345
Belçikada polisə silahlı hücum - Ölənlər var
Belçikada silahlı hücum nəticəsində iki polis öldürülüb.
“Report” “Haberler”ə istinadən xəbər verir ki, hadisə Lyej şəhərində baş verib.
Hələlik kimliyi məlum olmayan şəxs polisi öldürdükdən sonra bir qadını girov götürüb. İlkin məlumata əsasən, hücum edən şəxs zərərsizləşdirilib.
Polis hadisəni terror hücumu kimi qiymətləndirib.
AzNews.az