- Köhnə - Dünya
- 31 May 2018 09:29
- 7 925
Pompeo KXDR rəsmisi ilə görüşdü
Nyu-Yorkda ABŞ dövlət katibi Mayk Pompeo və Koreya Xalq-Demokratik Respublikası Əmək Partiyasının sədr müavini Kim Yon Çxol arasında görüş keçirilib.
APA-nın məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.
Manhettendə baş tutan görüşün detalları hələ ki, açıqlanmır. KXDR lideri Kim Çen Inın “sağ əli” hesab edilən Kim Yon Çxol 2000-ci ildən etibarən ABŞ-a səfər edən ən yüksək rütbəli Pxenyan rəsmisidir.
AzNews.az