“Taliban”çıların əlində olan 105 əsir azad edildi

Əfqanıstanın cənubunda ordunun xüsusi təyinatlı qüvvələri “Taliban” hərəkatının girovluğunda olan 105 əsiri azad ediblər.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Hilmənd əyaləti qubernatorunun mətbuat xidməti məlumat yayıb.

Əməliyyatlar əyalətin Kacəki rayonunun Sur-Karəz və Dəbaba yaşayış məntəqələrinin ərazisində keçirilib. Döyüşlərdə, həmçinin dörd silahlının öldürüldüyü bildirilir.

Hökumət qüvvələri, eyni zamanda, ölkənin şimal-şərqində Tahar əyalətinin Tacikistanla sərhədində yerləşən Daşti-Qala və Kvaca Qhar rayonlarını taliblərdən geri aldıqlarını və 16 silahlını öldürdüklərini iddia edir.

AzNews.az