- Köhnə - Dünya
- 31 May 2018 17:58
- 4 214
“Kim Çen Inla birgünlük görüş bəs etməz” - Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, Şimali Koreya lideri Kim Çen Inla birgünlük sammit bütün məsələləri müzakirə etmək üçün kifayət etməz.
Trend-in məlumatına görə, iki ölkə liderinin görüşəcəyi nəzərdə tutulan sammit iyunun 12-də Sinqapurda keçiriləcək.
ABŞ lideri sammitdə Şimali Koreya lideri ilə görüşü barədə deyib: "Bütün məsələləri bir sammit çərçivəsində müzakirə edəcəyimiz mümkün görsənmir. Ola bilsin ki, bizə ikinci və üçüncü görüş lazım olacaq. Bəlkə heç bir görüş də olmayacaq".
AzNews.az