Hamburg beynəlxalq hava limanı bazar günü qısa qapanmadan sonra fəaliyyətini müvəqqəti dayandırdı. Hamburg beynəlxalq hava limanı bazar günü qısa qapanmadan sonra fəaliyyətini müvəqqəti dayandırdı.

Ən böyük aeroportlardan biri fəaliyyətini dayandırdı

Hamburg beynəlxalq hava limanı bazar günü qısa qapanmadan sonra fəaliyyətini müvəqqəti dayandırdı.

“Hava limanı uçuşları bu günlük dayandırmaq məcburiyyətindədir. Baş vermiş nasazlığı aradan qaldırmaq mümkün olmadı. Təhlükəsiz fəaliyyət üçün hava limanına alternativ enerji mənbəyi lazımdır”, - aeroportun rəsmi Twitter səhifəsində yazılır.

“Hava limanına gələn yollar polis qüvvələri tərəfindən bağlanılıb”, - aeroportun mətbuat xidməti xəbər verir.

Qeyd edək ki, Hamburg hava limanı gün ərzində 17 milyon sərnişinə xidmət göstərir. Bu göstəriciyə görə Almaniya hava limanları arasında ilk beşliyə daxildir.

AzNews.az