Yaponiya Baş nazirinin müavini və maliyyə naziri Taro Aso Baş nazir Şinzo Abenin dostunun sahibi olduğu şirkətlə əlaqədar nazirliyə məxsus sənədlərdə yol verilən saxtakarlığa görə bir illik əmək haqqını dövlət büdcəsinə qaytarmaq barədə qərar qəbul edib. Baş nazirin müavini, maliyyə naziri T.Asonun illik əmək haqqı 20,9 milyon yen (təqribən 189,4 min dollar) təşkil edir. Yaponiya Baş nazirinin müavini və maliyyə naziri Taro Aso Baş nazir Şinzo Abenin dostunun sahibi olduğu şirkətlə əlaqədar nazirliyə məxsus sənədlərdə yol verilən saxtakarlığa görə bir illik əmək haqqını dövlət büdcəsinə qaytarmaq barədə qərar qəbul edib. Baş nazirin müavini, maliyyə naziri T.Asonun illik əmək haqqı 20,9 milyon yen (təqribən 189,4 min dollar) təşkil edir.

Yaponiyanın maliyyə naziri illik əmək haqqını geri qaytaracaq

Yaponiya Baş nazirinin müavini və maliyyə naziri Taro Aso Baş nazir Şinzo Abenin dostunun sahibi olduğu şirkətlə əlaqədar nazirliyə məxsus sənədlərdə yol verilən saxtakarlığa görə bir illik əmək haqqını dövlət büdcəsinə qaytarmaq barədə qərar qəbul edib. Baş nazirin müavini, maliyyə naziri T.Asonun illik əmək haqqı 20,9 milyon yen (təqribən 189,4 min dollar) təşkil edir.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, həmin qalmaqalla əlaqədar nazirliyin kiçik vəzifəli daha 20 məmuru müxtəlif cəzalar alacaq. Onların bir qismi müvəqqəti olaraq işdən uzaqlaşdırılacaq.

Eyni zamanda, qeyd edilir ki, Yaponiya prokurorluğu sənədlərdə dəyişiklik etmiş məmurlar barədə cinayət işinin qaldırılmaması üçün qərar qəbul edib. Bu, Baş nazirin müavininin istefasını tələb edən müxalifəti qəzəbləndirib.

T.Aso müxalifətin və mətbuatın təzyiqi altında martın 12-də təsdiq edib ki, dövlətə məxsus torpaq sahəsinin bazar qiymətlərindən yeddi dəfə ucuz satılması barədə parlamentə təqdim edilən 14 sənəddə düzəlişlər olunub. Həmin sənədlərdən Baş nazir Şinzo Abenin və onun həyat yoldaşı Akienin, Baş nazirin müavini T.Asonun və bir sıra tanınmış siyasətçilərin adları çıxarılıb. Həmin hadisə hökumətin reytinqinə ciddi təsir göstərib.

AzNews.az