Dünyanın ən böyük süni mərcan rifi yaradılacaq

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra əmirliyinin sahillərində dünyanın ən böyük süni mərcan rifi yaradılacaq.

Trend-in məlumatına görə, bu layihə BƏƏ-nin Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Süni yolla yaradılan rif layihəsi dəniz flora və faunasının qorunması, balıq populyasiyasının artırılması, eləcə də turizmin inkişafı məqsədi daşıyır.

Hələlik mərcan rifinin dəqiq yeri məlum olmasa da, onun sahildən təxminən 2 kilometr aralıda yerləşəcəyi bildirilir.

AzNews.az