Nigeriya sahillərində 128 adamı daşıyan gəmi batıb. İki adamın xilas olduğu bu qəzada 9 adamın cəsədi tapılıb. Nigeriya sahillərində 128 adamı daşıyan gəmi batıb. İki adamın xilas olduğu bu qəzada 9 adamın cəsədi tapılıb.

Nigeriya sahillərində faciə

Nigeriya sahillərində 128 adamı daşıyan gəmi batıb. İki adamın xilas olduğu bu qəzada 9 adamın cəsədi tapılıb.




Qərbi Afrika ölkəsi Nigeriya böyük dəniz faciəsinə səhnə olub. Ölkənin cənubunda ən az 128 adamı daşıyan gəminin 2 ya da 3 gün əvvəl yox olduğu ortaya çıxıb. Milli Fəlakət Koordinasiya Mərkəzi spikeri Yushau Shuaib gəmidə təxminən 128 adam olduğunu və 2 adamın sağ qaldığını açıqlayıb. Shuaib hələki 9 nəfərin cəsədinin tapıldığını və gəminin təxminən 2 ya da 3 gün əvvəl batmış ola biləcəyini ifadə edib. Gəminin haradan gəldiyi və rotası haqqında məlumat verilməsə də, axtarışların davam etdirildiyi qeyd olunub.

Xəyalə Məmmədova
AzNews.az