- Köhnə - Dünya
- 13 İyun 2018 11:38
- 4 399
20-dən çox dövlət başçısı Rusiyada toplaşır
Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimində 20-dən çox dövlət başçısı iştirak edəcək.
Trend-in məlumatına görə, bunu turnirin təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin deyib.
Dünya çempionatının açılış mərasimi iyunun 14-ü ilk matçdan yarım saat əvvəl Moskvanın “Lujniki” stadionunda başlayacaq. Turnirin ilk matçında isə Bakı vaxtı ilə saat 19:00-da ev sahibləri Rusiya ilə Səudiyyə Ərəbistanı qarşılaşacaq.
Qeyd edək ki, 2018-ci il futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.
AzNews.az