- Köhnə - Dünya
- 13 İyun 2018 12:31
- 4 768
Rusiyada xəz kürklər yandırıldı, səbəbi isə...
Rusiyanın Tomsk və Kemerovo şəhərlərində 53 xəz kürk yandırılıb.
Trend-in məlumatına görə, bu barədə polis tərəfindən mağazalarda aparılan yoxlamadan sonra məhkəmə məmurları qərar çıxarıblar.
Məlumata görə, kürklərin yandırılmasının səbəbi onların düzgün markalanmaması və qeyri-qanuni olmasıdır.
Bildirilir ki, yandırılan bütün kürklərin ümumi dəyəri 1,3 milyon rubl təşkil edib.
Bütün xəz kürklər isə şəhərin utilizasiya meydançasında yandırlıb.
AzNews.az