- Köhnə - Dünya
- 15 İyun 2018 21:17
- 5 434
Ərdoğandan BMT-yə çağırış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən BMT-də islahatların aparılmasına çağırıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, İstanbulda mitinq zamanı çıxış edən Türkiyə prezidenti BMT Təhlükəsizlik Şurasının formalaşması sistemini ədalətsiz adlandırıb.
Türkiyə prezidentinin fikrincə, dünyanın bütün dövlətləri BMT TŞ-nın işində iştirak etmək imkanına malik olmalıdır: "Dünya birliyinin taleyi Təhlükəsizlik Şurasının beş daimi üzvünün əlində ola bilməz".
Bundan əlavə, Rəcə Tayyib Ərdoğan Türkiyə ordusunun PKK terrorçularının obyektlərinin məhv edilməsi üzrə əməliyyatlar apardığı Şimali İraqdakə vəziyyətdə danışıb:
"Türkiyə HHQ İraqın Qəndil rayonunda terrorçuların obyektlərinə zərbələr endirir. Türkiyə höküməti orduya hərtərəfli dəstək göstərir".
AzNews.az