- Köhnə - Dünya
- 17 İyun 2018 11:29
- 4 604
Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb
Əfqanıstanın Nanqarhar əyalətində kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb, 65 nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə "Pajvak" agentliyi məlumat yayıb.
Bundan əvvəl terror aktı nəticəsində 26 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilib.
İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.