- Köhnə - Dünya
- 17 İyun 2018 12:31
- 4 968
Fransa Yəməndə hərbi əməliyyatlara başladı
Fransa və BƏƏ-nin xüsusi təyinatlı dəstələri Yəməndə hərbi əməliyyatlar keçirir.
"Publika.az" "Roters" agentliyinə istinadən xəbər verir ki, hərbi əməliyyatlar Yəmənin Xodeyda şəhərində keçiriləcək. Bu barədə Fransanın Müdafiə Nazirliyi tərəfindən heç bir məlumat yayımlanmasa da, dəstələrin artıq Yəməndə olduğuna dair informasiya verilib.
Məlumatda keçirilən hərbi əməliyyatların təfərrüatı açıqlanmayıb. Xodeyda şəhərində keçiriləcək əməliyyatlarda fransız hərbi qulluqçuların iştirakının səbəbi ekspertlər üçün də müəmmalı olaraq qalıb. Lakin onların dəniz portuna yanaşmaları, minalardan təmizlənmə prosesində iştirakı istisna edilmir. Fransanın Müdafiə Nazirliyi daha əvvəl bu barədə məlumat vermişdi.