- Köhnə - Dünya
- 17 İyun 2018 16:38
- 4 243
Əfqanıstanda növbəti partlayış - 15 nəfər öldü

Əfqanıstanın Cəlalabad vilayətində qubernator dəftərxanasının yaxınlığında baş verən partlayış nəticəsində 15 nəfər ölüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində daha 40 nəfər yaralanıb.
Vilayət qubernatorunun rəsmi nümayəndəsi Attala Xoqyani bildirib ki, partlayıcı qurğunu işə terrorçu-intiharçı gətirib. Hələlik partlayışa görə məsuliyyəti üzərinə heç bir təşkilat götürməyib.
AzNews.az