- Köhnə - Dünya
- 18 İyun 2018 11:13
- 3 520
Qvatemalada güclü zəlzələ oldu
Qvatemalada 5,6 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar saat 02:32-də (UTC) Quanaqasapa yaşayış məntəqəsindən 5 kilometr cənub-qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı 99 kilometr dərinlikdə yerləşib.
Təbiət hadisəsi nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
AzNews.az