- Köhnə - Dünya
- 20 İyun 2018 15:36
- 2 276
İndoneziyada gəmi qəzası - Ölənlər var
İndoneziyada gəmi qəzası baş verib.
Trend-in məlumatına görə, qəza Şimali Sumatra vilayətindəki Toba gölündə baş verib. Məlumata görə, qəza nəticəsində azı 2 nəfərin öldüyü bildirilib, daha 180 nəfər isə sularda qərq olub.
Qəzanın baş vermə səbəbləri barədə dəqiq bildirilməyib. Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilir.
Qeyd edək ki, sönmüş vulkanın kraterində yerləşən Toba dünyanın vulkanik mənşəli ən böyük gölüdür.
AzNews.az