İndoneziyanın Sumatra adasındakı Toba gölündə gəminin qəzaya uğraması nəticəsində itkin düşənlərin sayı 192-yə çatıb. İndoneziyanın Sumatra adasındakı Toba gölündə gəminin qəzaya uğraması nəticəsində itkin düşənlərin sayı 192-yə çatıb.

İndoneziyada gəmi qəzasında ölənlərin sayı artır

İndoneziyanın Sumatra adasındakı Toba gölündə gəminin qəzaya uğraması nəticəsində itkin düşənlərin sayı 192-yə çatıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ölkənin Milli Axtarış və Xilasetmə İdarəsinin (BASARNAS) rəhbəri Muhammed Syauqi gəminin çevrilməsi nəticəsində itkin düşənlərdən 18 nəfərin xilas edildiyini, 4 nəfərin isə həlak olduğunu açıqlayıb. “KM Sinar Bangun” adlı 43 sərnişin tutumuna malik gəmidə 45 xilasedici jiletin olduğu bildirilib.

Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

İndoneziya Nəqliyyat Nazirliyi 400 nəfərlik heyətin cəlb olunduğu xilasetmə işlərinin ilk mərhələdə əlavə 7 gün davam etdiriləcəyini açıqlayıb.

Qəzanın başvermə səbəbi kimi əlverişsiz hava şəraiti və gəmiyə həddindən artıq sərnişinin minməsi göstərilib.

AzNews.az