Portuqaliyanın “Sportinq” klubu 10 gün əvvəl baş məşqçi təyin olunan Sinişa Mixayloviçlə yollarını ayırıb. Portuqaliyanın “Sportinq” klubu 10 gün əvvəl baş məşqçi təyin olunan Sinişa Mixayloviçlə yollarını ayırıb.

Baş məşqçi 9 gündən sonra istefaya göndərildi

Portuqaliyanın “Sportinq” klubu 10 gün əvvəl baş məşqçi təyin olunan Sinişa Mixayloviçlə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb kimi serbiyalı mütəxəssisin yeni rəhbərliyin planlarına daxil olmaması göstərilib.

S.Mixayloviç “Sportinq”lə anlaşanda müqaviləyə belə bir bənd əlavə edilibmiş ki, 15 gün ərzində qovulacağı təqdirdə, təzminat alacaq. Nəticədə lissabonlular Sinişaya 10 milyon ödəməli olacaqlar.

Sinişa Mixayloviç iyunun 18-də “Sportinq”lə üçillik müqavilə imzalasa da, sonradan klub prezidenti onun planlarına daxil olmadığını açıqlayıb.

Xatırladaq ki, qapıçı Rui Patrisio klubun prezidenti Bruno Di Karvalyonun davranışlarından narazı qalmışdı. Təcrübəli qolkiperin “Vulverxempton”a transferi reallaşmaq üzrə olarkən Di Karvalyo əlavə ödəmə tələb etdiyindən danışıqlar pozulmuşdu. Portuqaliya klubunun prezidenti geridə qalan mövsümdə komanda üzvlərinin antipatiyasını qazanmışdı. O, “Sportinq”in Avroliqada mübarizəni dayandırmasında futbolçuları günahlandırmışdı. Əvəzində bir neçə oyunçu sosial şəbəkə vasitəsilə Di Karvalyonun açıqlamasını tənqid etmişdi. Apreldə baş verən bu hadisədən sonra klub prezidenti 19 futbolçunu komandadan uzaqlaşdırmaq barədə qərar vermişdi.

Son xoşagəlməz hadisə isə mayda yaşanmışdı. Çempionlar Liqasına vəsiqə qazanmaq imkanını əldən verən “Sportinq” ikinci yer uğrunda mübarizə aparan “Maritimo”ya uduzaraq (1:2) UEFA Avropa Liqasına düşmüşdü. Bundan qəzəblənən bir qrup azarkeş klubun məşq bazasına hücum edərək bir neçə futbolçu, o cümlədən baş məşqçi Jorje Jezuşa xəsarət yetirmişdi. Azarkeşlərin hücumundan ən çox komandanın lideri sayılan Bas Dost xəsarət almışdı. Versiyalardan biri kimi hücumun arxasında klubun sabiq prezidenti Brunu De Karvalyunun dayandığı göstərilib.

AzNews.az