ABŞ-ın öz müttəfiqləri ilə İran neftinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdığı bir vaxtda İranın mayeləşdirilmiş təbii qaz (LNG) ixracı son 3 ayda keçən ilin eyni dövrünə görə 39 faiz artıb. ABŞ-ın öz müttəfiqləri ilə İran neftinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdığı bir vaxtda İranın mayeləşdirilmiş təbii qaz (LNG) ixracı son 3 ayda keçən ilin eyni dövrünə görə 39 faiz artıb.

İranın LNG ixracı artıb

ABŞ-ın öz müttəfiqləri ilə İran neftinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdığı bir vaxtda İranın mayeləşdirilmiş təbii qaz (LNG) ixracı son 3 ayda keçən ilin eyni dövrünə görə 39 faiz artıb.

AZƏRTAC IRNA agentliyinə istinadla xəbər verir ki, Cənubi Fars bölgəsindən son üç ayda 3 milyon 212 min ton LNG ixrac edilib. Təkcə bu bölgədən martın 21-dən iyunun 21-dək olan dövrdə ixrac əvvəlki illə müqayisədə 31 faiz çoxalıb.

Ötən ilin eyni dövrünə nisbətən son üç ayda ölkədə LNG qaz ixracı isə 39 faiz artıb. Bu dövrdə 7 milyon 486 min ton məhsul ixrac edilib.

Neft məhsulları başda Çin olmaqla Türkiyə, Yaponiya, Koreya Respublikası, Hindistan, İndoneziya, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytə göndərilib.

AzNews.az