Əvvəl öldürdülər, sonra yandırdılar

Xəbər verdiyimiz kimi, Cənub-Şərqi Asiya ölkələrindən Myanmarda müsəlmanlarla buddistlər arasında qarşıdurma yaşanıb. Şəhərdə məscid və evlər atəşə tutulub. Hadisələrdə 20 müsəlman öldürülüb.





Meikhtila şəhərində müsəlman sahibkarla buddist müştəriləri arasında çıxan mübahisə bütün şəhəri əhatə edən bir qarşıdurmaya səbəb olub. 180 min əhalisi olan şəhərdə 3 gün davam edən hadisələrdə binalar və maşınlar atəşə verilib. Yanan binalar arasında məscidlər və hökumət binası da var.

Qarşıdurma bölgəsindən xəbər verən BBC müxbiri 20 müsəlmanın meyidini gördüyünü söyləyib. Müxbir öldürülən 20 Müsəlmanın izini itirmək üçün meyidlərin buddistler tərəfindən yandırıldığını bildirib

Myanma prezidenti Thein Seinenin ölkədə fövqəladə hal elan etməsi ilə bölgədə qarşıdurmalar nəzarət altına alınıb. Əsgərlərin qəsəbədəki banklar və əhəmiyyətli qovşaqlarda təhlükəsizlik tədbirləri həyata keçirdikləri bildirilir. Myanmarlı səlahiyyətlilər isə evsiz qalan müsəlmanlara yemək və su paylayıblar.


Xəyalə Məmmədova
AzNews.az