Avstriyanın paytaxtı Vyanada iyulun 6-da “altılıq” dövlətlərinin xarici işlər nazirləri, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələlər üzrə ali nümayəndəsi Federika Moqerini və İran XİN-in başçısı Məhəmmədcavad Zərifin iştirakı ilə İslam Respublikasınn nüvə proqramı üzrə görüş keçiriləcək. Avstriyanın paytaxtı Vyanada iyulun 6-da “altılıq” dövlətlərinin xarici işlər nazirləri, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələlər üzrə ali nümayəndəsi Federika Moqerini və İran XİN-in başçısı Məhəmmədcavad Zərifin iştirakı ilə İslam Respublikasınn nüvə proqramı üzrə görüş keçiriləcək.

Vyanada İranın nüvə proqramı müzakirə ediləcək

Avstriyanın paytaxtı Vyanada iyulun 6-da “altılıq” dövlətlərinin xarici işlər nazirləri, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələlər üzrə ali nümayəndəsi Federika Moqerini və İran XİN-in başçısı Məhəmmədcavad Zərifin iştirakı ilə İslam Respublikasınn nüvə proqramı üzrə görüş keçiriləcək.

“Report” xəbər verir ki, bunu TASS-a diplomatik mənbə bildirib.

Həmin görüşdə “altılıq” dövlətlərindən biri olan ABŞ-ın nümayəndəsi iştirak etməyəcək. Rusiya Xarici İşlər Nazirliyi isə rəsmi Moskvanın görüşdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirməyib.

Qeyd edək ki, ABŞ prezidenti mayın 8-də ölkəsinin İranın nüvə proqramı ilə bağlı 2015-ci il iyulun 15-də imzalanmış Əhatəli Razılaşmaya dair Fəaliyyət Planı müqaviləsindən çıxdığını elan edib.

AzNews.az