Kanadanın Monreal şəhərində güclü istilər 6 nəfərin ölümünə səbəb olub. Kanadanın Monreal şəhərində güclü istilər 6 nəfərin ölümünə səbəb olub.

Güclü istilər 6 nəfərin ölümünə səbəb oldu

Kanadanın Monreal şəhərində güclü istilər 6 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, ölkə hakimiyyəti güclü istilərlə bağlı təcili tədbirlər görür.

Monrealda ötən gün havanın temperaturu 35 dərəcə təşkil edib. Şəhərin təcili yardım xidmətinə çox sayda zənglər daxil olub.

Yanğınsöndürmə xidmətinin əməkdaşları yaşılllığın az olduğu rayonlarda yaşayan sakinlərin evlərini ziyarət edir və onlara daha sərin yerlərə təxliyə edilmələrini təklif edirlər.

Qeyd edək ki, Monreal şəhərində 2010-cu ildən güclü istilər 106 nəfərin ölümünə səbəb olub.

AzNews.az