Kanada hökumətinin ötən həftənin sonunda yaydığı açıqlamada bildirilib ki, ABŞ-ın alüminium və polad idxalı üçün əlavə rüsum tətbiq etməsinə qarşı Kanada da cavab tədbiri görmək, rüsum və yığımlar tətbiq etmək niyyətindədir. Kanada hökumətinin ötən həftənin sonunda yaydığı açıqlamada bildirilib ki, ABŞ-ın alüminium və polad idxalı üçün əlavə rüsum tətbiq etməsinə qarşı Kanada da cavab tədbiri görmək, rüsum və yığımlar tətbiq etmək niyyətindədir.

Kanada ABŞ-a qarşı cavab tədbirləri görür

Kanada hökumətinin ötən həftənin sonunda yaydığı açıqlamada bildirilib ki, ABŞ-ın alüminium və polad idxalı üçün əlavə rüsum tətbiq etməsinə qarşı Kanada da cavab tədbiri görmək, rüsum və yığımlar tətbiq etmək niyyətindədir.

AzNews.az vergiler.az saytına istinadla bildirir ki, baş nazir Castin Tryudonun rəhbərlik etdiyi hökumətin tərtib etdiyi siyahı əsasında iyulun 1-dən ABŞ-dan Kanadaya idxal edilən mallar üçün 10 və 25 faiz həcmində rüsum tutulur.

Qeyd edilib ki, ketçup, otbiçən aqreqatlar və mühərrikli qayıqlar üçün nəzərdə tutulan vergilərin Kanadanın dövlət büdcəsinə 12,6 milyard dollar əlavə gəlir gətirəcəyi gözlənilir. O da nəzərdən yayınmır ki, rüsum tətbiq edilməsi planlaşdırılmış ABŞ mallarının siyahısı tərtib olunarkən iqtisadi mülahizələrdən daha çox siyasi amillərə üstünlük verilib.

Kanada hökumətinin açıqlamasında bildirilib ki, bu, heç də eskalasiya kimi qəbul edilməməlidir və onlar buna yol verməzlər: belə bir qərarın verilməsi ABŞ hökumətinin hərəkətinə cavabdır. Bu addım atılarkən hər bir dollar nəzərə alınıb.