Gürcüstanda helikopter qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb

Gürcüstanın Kaxeti bölgəsində Sərhəd Polisinə məxsus helikopter qəzaya uğrayıb.

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, helikopter sərhəd məntəqəsi yaxınlığında qəza enişi edib.

Helikopter “Laqodexi” sərhəd bölməsinə planlaşdırılmış rotasiya üçün uçuş yerinə yetirirdi.