Rusiya "Avanqard" raket kompleksinin hazırlanmasını başa çatdırdı

Strateji təyinatlı raket qoşunları rəhbərliyi "Avanqard" hipersəsli raket komplekslərinin qəbul edilməsi üçün məntəqələri hazırlamağa başlayıb.

Trend-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bu tədbirlərin ölkənin hərbi təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində həyata keçirildiyini bəyan edib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Rusiya müdafiə-sənaye kompleksi yenilənmiş "Avanqard" raketlərinin hazırlanmasını artıq başa çatdırıb.

Bildirilir ki, sənaye müəssisəsi artıq kompleksin seriyalı istehsalına başlayıb.