Əfqan vitse-prezident Kabilə çatdı - Aeroportda partlayış oldu (Yenilənib)

Əfqanıstana qayıtmış Birinci vitse-prezident Əbdül Rəşid Dostum Kabil aeroportunu tərk etdikdən sonra yaxınlıqda partlayış baş verib.

AzNews.az-ın məlumatına görə, partlayış nəticəsində 16 nəfər həlak olub. 50 nəfərdən çox yaralı var.

Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

***

18:29

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nəcib Danişin sözlərinə görə, hadisə güman ki, intiharçı-terrorçu tərəfindən törədilib.

Hadisə nəticəsində 10-dan çox adam ölüb. Həlak olanların əksəriyyətinin təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğu bildirilir.

Çarter reyslə gələn Əbdül Rəşid Dostumun olduğu təyyarə Hamid Karzai adına beynəlxalq aeroportda enib. Yüzlərlə insan, o cümlədən yüksək vəzifəli məmurlar onu qarşılamaq üçün aeroportda toplaşmışdılar. Siyasətçi Türkiyədə 14 ay qalıb.

Qeyd edək ki, bu, təqib edilən Əbdül Rəşid Dostumun 2017-ci ildə Türkiyəyə getdikdən sonra vətənə ilk qayıdışı idi.