Gürcüstanda etiraz aksiyası keçirilir

Gürcüstanın Tkibuli şəhərinin mərkəzində etiraz aksiyası keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, kömür mədənlərində işləyən fəhlələr mədənlərdə mövcud vəziyyətə etiraz edirlər.

Aksiya iştirakçıları “Gürcüstan kömürü” şirkətinin rəhbərliyinin dərhal işdən azad olunmasını, baş nazirlə görüş keçirilməsi və mədənlərdə təhlükəsizlik normalarının gücləndirilməsini tələb edirlər. Aksiyaya sıravi vətəndaşların da qoşulacağı gözlənilir.