Kiyev vilayətinin Beloçerkovski rayonunda 18 kiloqrama yaxın çəkisi olan nəhəng göbələk aşkarlanıb. Kiyev vilayətinin Beloçerkovski rayonunda 18 kiloqrama yaxın çəkisi olan nəhəng göbələk aşkarlanıb.

Kiyevdə 18 kiloqramlıq göbələk tapıldı

Kiyev vilayətinin Beloçerkovski rayonunda 18 kiloqrama yaxın çəkisi olan nəhəng göbələk aşkarlanıb.

AZƏRTAC-ın yerli mətbuata istinadla verdiyi məlumata görə, Drozdı kəndinin sakinləri meşədən göbələk yığarkən 17,75 kiloqramlıq nəhəng göbələyə rast gəliblər.

Ukraynanın Milli Rekordlar Reyestrindən bildiriblər ki, ölkədə bu ağırlıqda və ölçüdə göbələk qeydə alınmayıb. Göbələyin rekordlar kitabına düşməsi üçün müvafiq işlər görülür.

AzNews.az