- Köhnə - Dünya
- 24 İyul 2018 17:55
- 3 389
Ərdoğanla Putin arasında görüş olacaq
Cənubi Afrika Respublikasının paytaxtı İohannesburqda keçiriləcək “BRİCS” sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçsı Vladimir Putin arasında görüş olacaq.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, R.T.Ərdoğanla V.Putin Suriyadakı vəziyyəti müzakirə edəcək.
Qeyd edək ki, zirvə toplantısı iyulun 26-da keçiriləcək. "BRİCS" formatına Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası daxildir.
AzNews.az