- Köhnə - Dünya
- 25 İyul 2018 09:10
- 3 936
Ermənistanda 3 ay ərzində 29,2 milyardlıq korrupsiya faktı aşkarlandı

Ermənistanda mayın 8-dən iyulun 20-dək keçirilən antikorrupsiya tədbirləri nəticəsində 29,2 mlrd. dram (60 mln. dollardan çox) həcmində korrupsiya faktı aşkarlanıb.
APA-nın xəbərinə görə, bu barədə “Facebook” səhifəsində Ermənistan baş nazirinin korrupsiya ilə mübarizə üzrə köməkçisi Aren Mkrtçyan bildirib.
O qeyd edib ki, qanun pozuntuları əsasən vəsaitlərin mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqla bağlıdır.
“Antikorrupsiya tədbirləri davam etdirilir”, - deyə Aren Mkrtçyan əlavə edib.
AzNews.az