2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar olaraq “Səyyar məscidlər” layihəsinin reallaşdırılmasına başlanılıb. 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar olaraq “Səyyar məscidlər” layihəsinin reallaşdırılmasına başlanılıb.

“Tokio-2020” Yay Olimpiya Oyunları zamanı səyyar məscidlər fəaliyyət göstərəcək

2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar olaraq “Səyyar məscidlər” layihəsinin reallaşdırılmasına başlanılıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Oyunların təşkilatçıları Olimpiya kəndində müsəlmanlar üçün ibadət otaqları təklif edəcəklər. Bununla yanaşı, həmin vaxt stadionlarda və yarış meydançalarında ibadət yerlərinin ayrılması nəzərdə tutulmur.

Səyyar məscidlər müsəlman qonaqlara əqidələrinə uyğun olaraq gündə 5 rükət Məkkə istiqamətində namaz qılmaları üçün şərait yaradacaq.

Layihəyə cəlb edilən şirkətlərin nümayəndələri Aiçi prefekturasının Toyota şəhərində mobil məscidin modelini nümayiş etdiriblər. İbadət otağını düzəltmək üçün üzərindəki konteynerin hər iki tərəfdən genişləndirildiyi yük avtomobili götürülüb. Kondisioneri olan otaqda eyni vaxtda 50 nəfər namaz qıla bilər.

Təşkilatçılar Məkkənin istiqamətini müəyyən etmək üçün bu otaqlara kompas yerləşdirməyi də planlaşdırır.

AzNews.az