Bu gün səhər saatlarında Ermənistan paytaxtı İrəvanda partlayış olub. Bu gün səhər saatlarında Ermənistan paytaxtı İrəvanda partlayış olub.

İrəvanda partlayış olub - Yaralılar var

Bu gün səhər saatlarında Ermənistan paytaxtı İrəvanda partlayış olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər yaralanıb.

İki nəfəri xilasedici tibb mərkəzinə çatdırıb, digər zərərçəkəni isə vətəndaşlar xəstəxanaya aparıblar.

Partlayış şüşə istehsalı sexində baş verib. Nəticədə 70 kvadratmetr sahədə olan müəssisənin divarları qismən dağılıb.

AzNews.az