İspaniya sərhədində miqrantlarla polis arasında toqquşma olub. İspaniya sərhədində miqrantlarla polis arasında toqquşma olub.

Miqrantlar polisə hücum etdilər - Yaralananlar var

İspaniya sərhədində miqrantlarla polis arasında toqquşma olub.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Mərakeş-İspaniya keçidində yüzlərlə qaçqın darvazadan tullanaraq Seuta tərəfə keçib. Eyni zamanda, yeddi metr hündürlüyündəki sərhəd 400-600 arası miqrantın hücumuna məruz qalıb. Onlar dezodorantlardan alovlu silah kimi istifadə edərək polislərə atıblar.

Bildirilir ki, Qırmızı Xaça müraciət edən 390 nəfərdən 30-u müxtəlif xəsarətlər alıb, onlardan 11 nəfəri tibb məntəqələrinə yerləşdirilib. 4 Mülki Qvardiya əməkdaşının da yanıq xəsarətləri aldığı bildilir. Hüquq-mühafizə orqanları məlumat yayaraq insidentdə cəmi 12 nəfərin yaralandığını deyib.

AzNews.az