İngiltərənin “Kano” şirkətinin mütəxəssisləri uşaqlara proqramlaşdırmanı əyləncəli formada öyrətmək məqsədilə Harri Potterin “sehrli” çubuğunu hazırlayıblar. Qurğu “Javascript” proqramlaşdırma dilinin əsaslarının öyrənilməsi üçün xüsusi sensorlara malikdir. İngiltərənin “Kano” şirkətinin mütəxəssisləri uşaqlara proqramlaşdırmanı əyləncəli formada öyrətmək məqsədilə Harri Potterin “sehrli” çubuğunu hazırlayıblar. Qurğu “Javascript” proqramlaşdırma dilinin əsaslarının öyrənilməsi üçün xüsusi sensorlara malikdir.

“Sehrli” çubuqla uşaqlar bunu öyrənəcək

İngiltərənin “Kano” şirkətinin mütəxəssisləri uşaqlara proqramlaşdırmanı əyləncəli formada öyrətmək məqsədilə Harri Potterin “sehrli” çubuğunu hazırlayıblar. Qurğu “Javascript” proqramlaşdırma dilinin əsaslarının öyrənilməsi üçün xüsusi sensorlara malikdir.

AZƏRTAC dni24.com saytına istinadla xəbər verir ki, artıq uşaqlar proqramlaşdırmanı müxtəlif oyunlarla öyrənməyə kömək edəcək “sehrli” aləti əldə edə biləcəklər. İstifadə etməzdən əvvəl çubuğu yığmaq və iOS, Android, Mac və PC platformalarında işləyən qadcetə yüklənmiş proqrama qoşmaq lazımdır.

“Sehrli” çubuq məkanda onun yerini müəyyən edən sensorların sayəsində işləyir. Dəstə 70 öyrədici tapşırıq daxildir. Kodun yazılması çubuğu vuraraq ovsun etməyə bənzəyir. Qiyməti 100 dollar təşkil edəcək qurğunu ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyada əldə etmək mümkün olacaq.

AzNews.az