- Köhnə - Dünya
- 27 İyul 2018 15:02
- 3 074
Bəkir Bozdağdan ABŞ-a sərt sözlər
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın rahib Andre Bransonun sərbəst buraxılmaması ilə bağlı Türkiyəyə sanksiya tətbiq edəcəyi təhdidinə Türkiyə Böyük Millət Məclisi (TBMM) Konstitusiya Komissiyasının sədri Bəkir Bozdağ münasibət bildirib.
AzNews.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Konstitusiya Komissiyasının sədri Bəkir Bozdağ mətbuata açıqlamasında bildirib ki, Türkiyə müstəqil, suveren, demokratik və hüquqi dövlətdir. Həmçinin Türkiyə qanunlarının da müstəqil və bitərəf olduğunu qeyd etmiş sədr “heç bir şəxs və ya qurumun dövlətə və onun hökmlərinə əmr, tövsiyə verə bilməz” – deyə, vurğulayıb.
Onun sözlərinə görə, Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etmiş və 251 şəhid, 2.193 qazinin qanına bais olmuş Fətullah Güləni müdafiə etdiyi halda, bir çox təqsiri olan rahibdən ötrü Türkiyəni təhdid etmək hədd bilməzlikdir. “Türk milləti və türk dövlətini təhdid etmək olmaz. Türk millətini başqa millətlərlə, Türkiyəni isə başqa dövlətlərlə səhv salanlar hər zaman uduzublar” – deyə B.Bozdağ bunun cəhalət göstəricisi olduğunu qeyd edib. O, ABŞ-ın terror qruplaşmalarına dəstək verməsini, eyni zamanda Türkiyə ilə dostluq, iş birliyi, strateji əlaqələrdən bəhs etməsini ikiüzlülük adlanırıb.
“ABŞ hökuməti bütün aləmi kor, hamını axmaq bilməkdən daşınmalı, öz eyiblərini görməlidir” deyən Bəkir Bozdağ Türkiyə və ABŞ-ın səmimi dostluq, müttəfiqlik və strateji ortaqlığının iki dövlətin də xeyirinə olduğunu bildirib.
Nurlan Ağa