Ermənistanda müxtəlif satış nöqtələrində əsgərlər üçün istehsal edilən məhsulların satışı aşkarlanıb. Ermənistanda müxtəlif satış nöqtələrində əsgərlər üçün istehsal edilən məhsulların satışı aşkarlanıb.

Ermənistanda əsgərlərə verilməli olan konservlər açıq satışda

Ermənistanda müxtəlif satış nöqtələrində əsgərlər üçün istehsal edilən məhsulların satışı aşkarlanıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin ərzaq təhlükəsizliyi xidmətinə “Əsgər payı” markası olan məhsulun başqa bir adla maskalandığı məlum olub.

Satış üçün nəzərdə tutulmamış hərbi məhsulun üzərinə əlavə kağızda “mal əti konservi” etiketi vurulub.

İstehsalçı H.A.N.S.-FOOD LLC hərbi məhsulların satışa çıxarılmasını işçilərin səhvi kimi qələmə verib.

Şirkətin bəyanatına görə işçilər sadəcə sifarişləri qarışıq salıb.

AzNews.az