- Köhnə - Dünya
- 28 İyul 2018 09:25
- 2 368
Bu, Fransa və İspaniyanı birləşdirəcək - Makrondan açıqlama

Fransa və İspaniya iki ölkəni birləşdirəcək qaz boru kəməri layihəsini hazırlayacaq.
Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
"Biz müvafiq qurumlara yeni qaz boru kəmərləri, xüsusilə də Fransa və İspaniya arasında qaz boru kəmərlərinə dair işləməyə göstəriş verdik", - Makron bildirib.
O, yeni qaz boru kəmərlərinin Fransa, İspaniya və Portuqaliyada olan kömür elektrik stansiyalarını əvəz edəcəyini əlavə edib.
AzNews.az