Çin mühəndisləri “Arctic Air” adlı dünyanın ən kiçik kondisionerini yaradıblar. 16х16х17 qabaritə malik yeni qurğu işinin öhdəsindən yaxşı gəlir. Çin mühəndisləri “Arctic Air” adlı dünyanın ən kiçik kondisionerini yaradıblar. 16х16х17 qabaritə malik yeni qurğu işinin öhdəsindən yaxşı gəlir.

Dünyanın ən kiçik kondisioneri

Çin mühəndisləri “Arctic Air” adlı dünyanın ən kiçik kondisionerini yaradıblar. 16х16х17 qabaritə malik yeni qurğu işinin öhdəsindən yaxşı gəlir.

AZƏRTAC “life.ru” resursuna istinadla xəbər verir ki, havaötürən və havaçıxaran prinsipi üzrə işləyən kondisioner iki ventilyatora malik olmaqla, isti havanı su filtri vasitəsilə buraxır və soyuq havanı üfürür. Su filtrinin maye tutumu 750 millilitr təşkil edir ki, bu da qurğudan su tam buxarlanıb qurtaranadək 8-9 saat istifadə etməyə imkan verir. Ventilyatorların səsi təxminən 68 desibelə bərabərdir. Bu, ondan yataq otağında istifadəyə şərait yaradır.

Səkkiz yüz qram çəkisi olan portativ kondisioneri istifadəçi özü ilə işə apara bilər. “Arctic Air” kondisioneri həm USB-yə, həm də rozetkaya qoşularaq istifadə olunur.

AzNews.az