Türkiyədə FETÖ (Fetullahçı Terör Örgütü) ilə əlaqəsi olduğu üçün axtarılan 45 nəfər Kiprdən keçərək Yunanıstana qaçmağı planlaşdırıblar. Türkiyədə FETÖ (Fetullahçı Terör Örgütü) ilə əlaqəsi olduğu üçün axtarılan 45 nəfər Kiprdən keçərək Yunanıstana qaçmağı planlaşdırıblar.

FETÖ-çülər Yunanıstana qaçmaq istədilər

Türkiyədə FETÖ (Fetullahçı Terör Örgütü) ilə əlaqəsi olduğu üçün axtarılan 45 nəfər Kiprdən keçərək Yunanıstana qaçmağı planlaşdırıblar.

Aznews.az “Hürriyet”ə istinadən bildirir ki, Şimali Kipr Türk Respublikası polisinə daxil olmuş məlumat nəticəsində “qaçaqlar” dünən gecə saxlanılıblar.

Şübhəlilər səhər saatlarında Girne Qəza Məhkəməsinə çıxarılıblar. Məhkəmənin qərarına əsasən, onlar üç günlük həbs cəzasına məhkum ediliblər.

Qeyd edək ki, 45 nəfərdən 19-u kişi, 9-u qadın, 17-si isə uşaqdır. Onların arasında əsgər mənşəli şəxslərin olduğu da bildirilib.

Nurlan Ağa