- Köhnə - Dünya
- 29 İyul 2018 10:45
- 2 896
ABŞ-da atışma olub, ölən və yaralananlar var
ABŞ-da atışma olub.
"Report"un xəbərinə görə, bu barədə "The Advocate" portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Yeni Orleanda baş verib. Atışma zamanı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Polis hadisənin baş verdiyi ərazini əhatəyə alıb. Silahlı insidentin başvermə səbəbi araşdırılır.
Bildirilir ki, hadisə yerindən xəstəxanaya 3 nəfər aparılıb. Sonra daha 4 nəfər xəstəxanaya müraciət edib.
Hadisənin təfərrüatı açıqlanmır.